Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi xidmətdə olarkən "avtoşluq" edən məmur oğluna hökm oxundu

Tarix: 12-12-2022 20:59     Baxış: 3216 A- / A+
Hərbi xidmətdə olarkən "avtoşluq" edən məmur oğluna hökm oxunduƏsgərlikdə olduğu vaxt hərbi xidmətdən yayınaraq Bakının mərkəzində avtoxuliqanlıq edən Əziz Məlikovun məhkəməsi yekunlaşıb.

Bu gün Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda ona hökm oxunub.

Hökmə əsasən, Əziz Məlikova 6 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası verilib. Belə ki, o, xidmət müddətindən əlavə olaraq 6 ay hərbi hissədə saxlanılacaq.

Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Əziz Məlikov Soltanpaşa oğlunun Bakıda avtoxuliqanlıq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt faktiki olaraq hərbi xidmətdədir. DYP-nin yaydığı məlumatda qeyd olunmuşdu ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və barəsində cinayət işi başlanaraq həbs olunub.

Qeyd edək ki, Əziz Məlikovun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi və biznesmen kimi tanınır. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar