Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin hədiyyə etdiyi əsərin mənası…

Tarix: 09-12-2022 11:48     Baxış: 4191 A- / A+
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm əsərini Albaniya Respublikasının Baş naziri Edi Ramaya hədiyyə edib.
Əsəri təhlil edən Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, sənətşünas Ziyarət Cabarova deyib ki, rəsm simvollarla zəngindir:
“Əsərdə əsas kompozisiya mərkəzi aşağıdan yuxarıya doğru çəkilmiş yeddi əsas iri budağa ayrılan, kökləri ilə dərinliyə gedən ağac fiqurudur. Ağacın simvolik olaraq 7 rəqəminə uyğun gələn budaqları və gövdəsi arasında təsvir edilmiş quşlar, ləçəklər, simvolik təsvirlər, stilizə olunmuş insan fiqurları, narlar və Allah yazısı diqqətimizi cəlb edir. Kökləri torpağın dərinliyinə işləmiş ağac eyni zamanda ənənələrin qədimliyi və torpağın əbədiliyi kimi də yorumlana bilər. Özünəməxsus işarələrlə kodlanmış əsərin əsas bədiiliyi onun süjetindəki təhkiyədir. Yəni rəssam fiqurların mövqeyini seçərkən tamaşaçıya düşüncə və öz hekayəsini də düşünmək imkanını yaradıb. Leyli və Məcnunu xatırladan bir-birinə sarılmış insan fiqurları, bolluq və bərəkəti simvolizə edən narlar, Allah yazısı digər fiqurlarla məcmu halında müəllifin incəsənətin əbədi mövzularından olan sevgi və nifrəti, gecə və gündüzü, xeyirlə şərin bir-birini izləməsinə yönəlmiş fəlsəfi düşüncələrinə eyhamdır”.
Sənətşünas qeyd edib ki, istifadə olunmuş ağ-qara rənglər əsərdə özünəməxsus ahəng yaradıb:
“Əsərdə kolorit baxımından əsasən ağ və qara rənglərin dominantlığı özünəxas bir rəng ahəngi yaradır. Eyni zamanda məhz süjetdəki təzadı da təkrarlamış olur. Bu uyarlı rəng ahəngində bir də kompozisiyada şaquli olaraq sağ və sol tərəfdə sıralanan altı ədəd narın qırmızı rənglərini görmək burada kəskin təzad yaradır. Qırmızı rəngin bu qədər təkrarlanması və yaratdığı təzad insanı psixoloji olaraq ani qərar verməyə, sanki öz başlamış olduğu hekayənin nəhayətinə varmağa təhrik edir.
Fiqurların düzülüşü, obrazların ülviliyi, saflığı, quruluş, poza və rəsmlərin plastik həlli onu məşhur rəssam Toğrul Nərimanbəyovun əsərlərinin mənəvi sferasına paralellər aparmağımız üçün əsas ola bilər.
Ümumilikdə isə əsər insana emosional təsir gücünü saxlayaraq, düşüncə, razılaşma, müəlliflə razılaşmama nüansları üçün əsas verir. Tamaşaçını düşündürür, eyni zamanda da öz nəcibliyi ilə sevgi və xeyirxahlığı, vicdanı simvolizə edir”.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar