Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Araiki Fransaya göndərib, “prezident” kimi danışdırırlar...

Tarix: 09-12-2022 11:26     Baxış: 3281 A- / A+



Fikrimcə, raket məsələsini ortaya atmaq əslində Azərbaycanın başını qatmaq məqsədi daşıyır. Burda bizim başımızı qatırlar, digər tərəfdən isə separatçı tör-töküntülərin başçısı Araik Arutyunyanı Fransaya aparıb onu orada prezident kimi təqdim edirlər, televiziyaya çıxarırlar.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a İranın Ermənistan raket sistemləri hədiyyə etməsi haqda danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Polkovnik hazırda Azərbaycana qarşı ciddi fəaliyyət aparıldığını vurğulayıb:
“İran, Rusiya və Fransa prosesləri eyni mərkəzdən idarə edirlər və maksimum dərəcədə Azərbaycana problem yaratmaq üçün çalışırlar. Təəssüflər olsun ki, bəzi hallarda buna nail olurlar. Bir sıra Rusiya ekspertləri də gedən prosesi açıq şəkildə etmirlər, ancaq malalama işini görürlər, başımızın altına yastıq qoyurlar. Onlar danışanda ölkəmizin xeyrinə nəsə desələr də, növbəti cümlələrdə rus şovinizmini hiss etmək mümkündür. Yenə də vurğulamaq istəyirəm ki, Moskva, Tehran və Paris triosu Azərbaycana qarşı aktiv fəaliyyətə başlayıb. Dövlətimiz də bununla bağlı ciddi ölçülər götürməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar