Xəbər lenti
Türk ordusu əməliyyata nə vaxt başlayır? – Tarix verdilər

Nəşr rəsmi mənbələrə istinadən Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bu ay Suriyada quru əməliyyatına başlaya biləcəyini iddia edib.
Qəzet Türkiyənin bu əməliyyatının bölgənin sabitliyini riskə atacağını bildirib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqo) rəsmi nümayəndəsi Jozef Buççino da bu fikirdədir: “Belə bir addımın Suriyada çətinliklə əldə edilmiş təhlükəsizlik və sabitliyə xələl gətirəcəyindən narahatıq”.
Xəbərdə ABŞ-ın Türkiyə ilə artan gərginliyə baxmayaraq, onurğasını PKK/YPG terror təşkilatının təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə əməkdaşlığı artıracağı da bildirilib. Bunun ABŞ və Türkiyə arasında gərginliyi daha da artıracağı vurğulanıb.
Qəzetə danışan SDQ terrorçusu Fərhad Şami Türkiyə və dəstəklədiyi qüvvələrin Suriyanın şimalında lokal quru əməliyyatı keçirəcəyinə dair işarələrin olduğunu bildirib.
Digər tərəfdən, “Əl-Cəzirə” telekanalına danışan bir Türkiyə rəsmisi belə deyib:
“Türkiyə ABŞ və Rusiyaya PKK/YPG/SDQ terror təşkilatının Mənbiç, Təl Rıfat və Ayn əl-Ərəbdən çıxarılması üçün iki həftə vaxt verib. Son müddəti uzatmayacağıq. SDQ/YPG oradan çəkilməsə, quru əməliyyatı başlayacaq”. teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar