Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hulusi Akar Azərbaycanda səfərdədir

Tarix: 05-12-2022 18:29     Baxış: 3214 A- / A+
Hulusi Akarın Azərbaycana səfəri başladı
Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
 
H.Akarı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və başqa rəsmi şəxslər qarşılayıb.
 
Nümayəndə heyətinin tərkibinə Türkiyənin Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxsləri daxildir.
 
H.Akar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki birgə hərbi təlimlərini izləyəcək.
 
Xatırladaq ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
 
Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
 
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar