Xəbər lenti
"Fransa Ermənistanı yeni müharibəyə həvəsləndirir" - Millət vəkili
“Fransa Senatınının ardınca, Fransa Milli Assambleyasının Azərbaycana qarşı iftiralarla dolu, beynəlxalq hüququ tapdalayan qətnamələri bütövlükdə dövlət siyasətinin nəticəsi kimi ortaya çıxıb. Bu məsələ yalnız parlamentarilərin mövqeyi deyil”.
Manevr.az məlumatına görə, Milli Məclisin deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında bildirib ki, hər iki qətnamənin yekdilliklə qəbul edilməsi onu göstərir ki, burada bir dövlət tapşırığı var: “Özünü “demokratiyanın beşiyi” sayan bir ölkənin qanunverici orqanında bütün siyasi qüvvələrin mövqeyinin guya üst-üstə düşməsi heç də təsadüf deyil. Fransa bu gün aşkar şəkildə anti-Azərbaycan, islamofob siyasəti həyata keçirir. Fransa kimi bir dövlətin rəsmi qurumları bu gün erməni diasporunun əlində oyuncağa çevrilib”.
Millət vəkilinin sözlərinə görə Fransa bu pozuculuq hərəkətləri ilə əldə olunmuş atəşkəsə, kövrək sülh işartılarına zərbə vurur: “Fransanın hərəkətləri ermənilər arasında revanşizm, qisas hisslərini alovlandırır, Ermənistanı yeni müharibəyə sövq edir. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi son zamanlar müasir silahlar almaq cəhdlərini artırıblar, danışıqlar masasını dağıtmağa çalışırlar. Onlara bu “cəsarəti” verən Fransadır. Fransa Ermənistanı yeni müharibəyə həvəsləndirir".
A.Məmmədov Fransa rəhbərliyinin beynəlxalq hüquqa, ikitərəfli münasibətlərə zərbə vuran hərəkətlərinin Azərbaycanın mövqeyinə heç bir təsir etməyəcəyini bildirib: “Noyabrın 16-da Senatın qətnaməsinə cavab olaraq Milli Məclis bəyanat qəbul etmişdi. Bəyanatda, hökumətə Fransa ilə münasibətlərimizə yenidən baxılması, danışıqlar prosesindən Fransanın kənarlaşdırılması tövsiyə olundu. Daha sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev dekabrın 7-də keçirilməsi nəzərdə tutulan növbəti danışıqlardan imtina etdi. Makronun qatılmaq cəhdlərinə cavab olaraq... Prezidenti dövlətimizin və xalqımızın maraqlarını, qürurunu üstün tutdu”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar