Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Təbrizli deputat: “İranda müxalif düşüncəyə, çıxışa dözümsüz yanaşılır”

Tarix: 30-11-2022 14:12     Baxış: 4434 A- / A+


 
“İranda müxalif düşüncəyə, çıxışa dözümsüz yanaşılır”.
Mnevr.az GünAzTV-yə istinadən xəbər verir ki, bunu İran parlamentində Güney Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərini təmsil edən deputat Məsud Pezeşkian son etiraz aksiyalarından bəhs edərkən bildirib.
Onun sözlərinə görə, universitet, parlament, dövlət idarələri və başqa bu kimi yerlərdə yeni, fərqli fikir irəli sürənləri İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneiyə qarşı müxalifətdə günahlandırırlar: “Ümumiyyətlə, bizim problemimiz dialoq qaydalarını bilməməyimizdədir. Məntiqli cavab verməkdən aciz olan dövlətin məsul şəxsləri qarşı tərəfi ölkə rəhbərinin əleyhinə çıxmaqda ittiham edirlər".
Qeyd edək ki, Məsud Pezeşkian 1954-cü il sentyabrın 29-da Güney Azərbaycanın Mahabad şəhərində anadan olub. Təbriz Tibb Elmləri Universiteti, İran Tibb Elmləri Universitetini bitirib. İxtisasca cərrah-kardioloqdur. Məhəmməd Xatəminin prezidentliyi dönəmində 2001-ci il avqustun 29-dan 2005-ci il avqustun 10-dək İranın səhiyyə və tibbi təhsil naziri olub.

Mnevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar