Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda nə baş verir? – Dəhşətli faktlar, milyonlarla yeyinti

Tarix: 28-11-2022 17:32     Baxış: 3277 A- / A+


Naxçıvanda nə baş verir? – Dəhşətli faktlar, milyonlarla yeyinti
Milyonlarla qaçaqmalçılıq və büdcə yeyintisi...
Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirməsi barədə xəbər vermişdik. 
Əməliyyat zamanı Naxçıvan gömrüyündə qaçaqmalçılıq və milyonlarla vəsaitin mənimsənildiyi ortaya çıxdı və komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edildilər.

Bu gün isə Naxçıvanın maliyyə naziri postunu tutan Rəfael Əliyevin həbs xəbəri yayıldı. Bildirilir ki, onun həbsinin hazırda tutduğu postla əlaqəsi olmayıb. Rəfael Əliyev Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərdiyi dövrdə etdiyi qanunsuzluqlara görə saxlanılıb. Belə ki, R. Əliyev əvvəllər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb. Nöqsanlara da elə həmin dövrdə yol verib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
“Gündəlik Naxçıvan” adlı facebook səhifəsinin yazdığına görə, Naxçıvanda yoxlamalar aparan DTX, Ali Məclis sədri Vasif Talıbovun oğlu və köməkçisi Seymur Talıbovu da dindirib. Yoxlamalar zamanı Naxçıvanda onun nəzarətində olan "Gəmiqaya" və "Cahan" holdinqlərin də qaçaqmalçılıqla məşğul olduğunun üzə çıxdığı bildirilir.
Səhifə iddia edir ki, Muxtar Respublikanın Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və Gomrük Komitəsində də ciddi yoxlamalar aparılıb. Hətta Muxtar Respublikanın bəzi strukturlarının rəhbərləri özləri ərizə yazaraq, işdən azad olunmalarını xahiş etsələr də, onlara yoxlamalar bitənə qədər maddi məsul şəxs kimi iş başında qalacaqları bildirilib.
Naxçıvan DTX-nın ləğvi...
Bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ləğv edildi. Məlumatda qeyd edilirdi ki, bu strukturun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edildi.
Naxçıvan DGK-nın ləğvi...
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.
Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Hələlik Naxçıvan DGK-nın sədri olmuş Səhət Həbibbəylinin taleyi barədə məlumat yoxdur. DGK yeni baş idarənin  rəisinin adını da açıqlamayıb.
Naxçıvanın büdcəsinə yenidən baxılacaq?
“Ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin saxlanması üçün dövlət büdcəsindən ayrılmış 11,1 milyon manat dotasiya çıxıldıqdan sonra gələn il Muxtar Respublikanın büdcə xərcləri 653,3 milyon manat təşkil edəcək”.
“Apa-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib. Azər Bayramov deyib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin 449,8 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya, 185 milyon manatı Muxtar Respublikanın öz gəlirləri hesabına formalaşacaq.
Qeyd edək ki, layihənin ilkin variantında dövlət büdcəsindən 480 881 000 manat vəsaitin Naxçıvan Muxtar Respublikasının büdcəsinə dotasiya üçün ayrılacağı proqnozlaşdırılırdı. Layihənin ikinci oxunuş üçün təqdim edilən variantına əsasən, 2023-cü ilin dövlət büdcəsinin layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiya 31,1 mln manat azaldılır.
Hazırda isə Naxçıvan Dövlət Gömrük Koitəsi də ləğv edildi. Bu isə həmin komitənin saxlanma xərclərinin azaldılması deməkdir.
Naxçıvanda daha nələr gözlənilir?
Hazırda DTX-da Naxçıvanla bağlı istintaq davam edir. Eyni zamanda maliyyə və vergi əməkdaşlarının Naxçıvanın hökumət və özəl qurumlarında apardıqları yoxlamalar da davam edir. Bəzi məlumatlara görə, yoxlama üçün gəlmiş heyət Naxçıvan DGK-da ciddi müqavimətlə üzləşib.
Tns.az saytı yazıb ki, Naxçıvan MR Dövlət Gömrük Komitəsi xüsusilə Türkiyə və İrandan daxil olan malların dəyərindən ən azı on qat aşağı rəsmiləşdirməsi ilə məşğul olub:
“İş o yerə çatıb ki, Naxçıvan Gömrük Komitəsi artıq Bakı və Azərbaycanın digər rayon və şəhərlərində fəaliyyət göstərən sahibkarlara da dəllallar vasitəsilə xidmətini təklif edib. Belə ki, gömrük rəsmiləşməsi üçün qanunun tələbindən iki dəfə ucuz rəsmiləşmə təklif edilib. Beləliklə, malın dəyərinin yalnız 10 faizi büdcəyə keçirilib, 40-50 faizini isə gömrük işçiləri mənimsəyiblər. Bir çox sahibkar isə bu “əlverişli” rəsmiləşmədən imtina etməyib və mallarını Naxçıvan vasitəsilə ölkəyə idxal edib”. Komitədə bu məlumatlar əsasında yoxlama aparılması üçün təşəbbüs edildikdə isə Naxçıvan MR-in Ali Məclisinin sədri tərəfindən bu təşəbbüslərin qarşısı alınıb.
Əldə olunan məlumata görə, yeyintilərin üzə çıxdığı digər bir qurum isə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyidir.  Səhiyyə Nazirliyində və Muxtar Respublikadakı xəstəxanalarda aparılmış yoxlamalar nəticəsində milyonlarla yeyinti faktları üzə çıxıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar