Xəbər lenti
Ermənilər fəallaşır - Düşmən yeni müharibəyə hazırlıq görür?
“Son 3 aydır erməni silahlı dəstələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağdakı ərazilərdən, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədi bölgəsindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması vəziyyətin getdikcə gərginləşməsindən xəbər verir”.
Bu sözləri hərbi şərhçi Ramil Məmmədli deyib.
O bildirib ki, bunu deməyə əsas verən səbəblərdən biri son bir ayda ermənilərin Qarabağda həm yeni mühəndis-istehkam xətti formalaşdırmaqları, həm də müxtəlif vasitələrlə hərbi texnika əldə etmələridir:
“Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı xəbərləri də artıq hər gün, hətta gündə 2 dəfə olur.
Azərbaycan Ordusunun mövqelərinin davamlı atəşə tutulması ermənilərin hərbi baxımdan fəallaşması kimi təhlil olunmalıdır. Bu isə ermənilərin hərbi-texniki və canlı qüvvə baxımından yenidən komplektləşməsinə işarədir.
Hesab edirəm ki, erməni hərbi birləşmələri müharibəyə, yaxud hansısa istiqamətdə lokal hərbi əməliyyat həyata keçirməyə hazırlıq mərhələsindədirlər”.
Ekspert xatırladıb ki, sülhməramlıların nəzarətində olan ərazidə Ermənistan Müdafiə Nazirliyinə tabe olan 1-ci Əlahiddə Ordu birləşməsinin hərbi bölmələri, həmçinin separatçılara tabe olan qanunsuz silahlı dəstələr mövcuddur. musavat.com

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar