Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Masazırda 3 , Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli bina inşa olunur ki…” - ƏLİ HƏSƏNOV

Tarix: 21-04-2017 11:37     Baxış: 3322 A- / A+
“Masazırda 3 , Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli bina inşa olunur ki…”

“Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli birinci vitse-prezident Mehriban Əliyevanın da fəaliyyətinin prioritetidir və onun sədrliyi ilə keçirilən ilk müşavirənin bu problemə həsr olunması bunun əyani sübutudur”.
Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında qurumun sədri, baş nazirin müavini Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, bu il məcburi köçkünlər üçün yeni binalar tikilir, qəsəbələr salınır:
“Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də yaxın vaxtlarda öz həllini tapacaq, ilk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək. Yeni binalar tikilir, eyni zamanda vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcək.
Artıq bu istiqamətdə işlərə başlanıb, bunlarla bağlı hərtərəfli müzakirələr aparılır. İlkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınmış məhəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli bina inşa olunur. Prezidentin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir.
Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın başlanğıcıdır. Hazırda kənddə aparılan bərpa işləri, dövlət başçısının müvafiq sərəncamına uyğun kəndə yol çəkilişi, həmçinin Şuşa məscidinə oxşar məscidin tikintisi və digər işlər prezidentin tapşırığı və nəzarəti altında həyata keçirilir”. gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar