Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Oqtay Əsədov Türkiyəyə gedəcək

Tarix: 25-08-2016 17:41     Baxış: 1523 A- / A+
Oqtay Əsədov Türkiyəyə gedəcək

Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti İstanbulda Bosfor körfəzi üzərində üçüncü körpünün açılışı mərasimində iştirak etmək üçün bu gün Türkiyəyə səfər edəcək.

Bu barədə MM-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, açılış mərasiminə ölkə başçısı prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və nazirlər qatılacaqlar. Burada Milli Məclis Sədrinin tədbir iştirakçıları ilə bir sıra görüşləri də gözlənilir.

Açılış mərasimi ilə əlaqədar keçiriləcək tədbirlərdə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər.

Səfər avqustun 27-də başa çatacaq.

Qeyd edək ki, IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsünün eni 59 metr, uzunluğu 1408 metr olmaqla dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”sü olacaq. Avropa ilə Asiya qitəsini birləşdirəcək bu üçüncü körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar