Xəbər lenti
Cənab Prezidentin Belqrada səfəri iki ölkə arasında münasibətlərin yeni müstəviyə keçidini reallaşdırdı-Müşfiq Məmmədli
Cənab Prezident İlham Əliyevin Serbiya paytaxtı Belqrada səfəri iki ölkə arasında münasibətlərin yeni müstəviyə keçidini reallaşdırdı. Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək və geniş tərkibdə görüşlər keçirildi.
Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib:
"Görüşdə Serbiya Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndirdiyi xüsusi vurğulandı. Önəmli məqamlardan iki ölkənin hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləməsini xüsusi qeyd etmək istərdim.

İki ölkə liderinin enerji sahəsində əməkdaşlığa, Azərbaycandan Serbiyaya təbii qaz və elektrik enerjisinin ixracına dair müzakirələr aparılıb.
Bu görüş bir daha sübut edir ki, Azərbaycan etibarlı tərəfdaşdır. Və xarici siyasətində bu nüans mühüm hesab olunur", deyə deputat vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar