Xəbər lenti
Artur Xaçikyan: “Bir neçə gün əvvəl sərhəddə əsgər öldü, müşahidəçilər nə etdilər- heç nə”

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni politoloq, siyasi elmlər doktoru Artur Xaçikyan “Dünyada baş verən proseslərin Ermənistana təsiri” mövzusunda keçirilən müzakirə zamanı deyib.
“Biz məsələlərə daha emosional yanaşırıq. Pelosinin səfərini xatırlayın, onun bizi qoruyacağına dair vədlər verildi, hətta xilaskar sözü işlədildi. Bundan sonra heç nə olmadı. Fransaya gəlincə, iki il əvvəl Fransa Senatı Fransanı “DQR”i (qondarma-red.) tanımağa çağıran qətnamə qəbul etdi. Heç bir təsiri olmadı. Daha sonra Makronun çox gözəl çıxışı oldu, o, Ermənistanın və ermənilərin yanında olduğunu, erməniləri tərk etməyəcəyini bildirdi, hazırda burada qalan müşahidəçiləri göndərdi. Bir neçə gün əvvəl sərhəddə bir əsgər öldü, Qarabağda sakinlərə hücum oldu (?), müşahidəçilər nə etdi, heç nə ”,-deyə o, bildirib.
Fransa Senatının hökuməti Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsindən danışan Artur Xaçikyan bu qərarın müəyyən mənəvi-siyasi əhəmiyyət daşıyacağını, lakin bunun hər hansı real nəticələrə səbəb olacağını düşünmədiyini bildirib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar