Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Jalə Əhmədova Estoniya-Azərbaycan parlamentlərarası qrupunun sədri Sven Sester ilə görüşüb

Tarix: 15-11-2022 17:46     Baxış: 4192 A- / A+
Bu gün Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova ölkəmizdə səfərdə olan Estoniya Riigikoqunun (parlamentinin) Estoniya-Azərbaycan parlamentlərarası qrupunun sədri Sven Sester ilə görüşüb.
Manevr.az bildirir ki, Jalə Əhmədova qonaqları salamlayaraq onları Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərindən söz açıb, bu əlaqələrdə parlament ölçüsünün və parlamentlər arasında qarşılıqlı səfərlərin  əhəmiyyətindən danışıb.
Milli Məclisin deputatı  44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanları, Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunması naminə həyata keçirdiyi təşəbbüsləri barədə məlumat verib, həmçinin Azərbaycan və Estoniya arasında iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində  əlaqələrin genişləndirilməsi potensialı ilə bağlı fikirlərini bölüşüb.
Estoniya parlamentinin Azərbaycanla parlamentlərarası qrupunun sədri Sven Sester qonaqpərvərliyə görə təşəkkür edib, ölkəmizlə münasibətləri, parlamentlər səviyyəsində əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini söyləyib. Qonaq Azərbaycanla Estoniya arasında əməkdaşlığın bundan sonra da  xalqlarımızın rifahının daha da yüksəlməsinə xidmət edəcəyini bildirib.
Görüşdə iştirak edən Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü  İlham Məmmədov və Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov iki ölkə arasında əməkdaşlığın indiki vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikirlərini səsləndiriblər.
Söhbətdə 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycanın bölgədə sülhün möhkəmləndirilməsi üçün gördüyü işlərdən, aparılan sülh danışıqlarından və əldə olunan razılaşmalardan irəli gələn məsələlərdən danışılıb və tərəfləri maraqlandıran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.


Manevr.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar