Xəbər lenti
Daha bir ölkə 4 günlük iş rejiminə keçdi
Belçika 4 gün iş rejiminə keçir.Bununla bağlı qərar "Rəsmi Qəzet"də dərc olunduqdan sonra qüvvəyə minib.
Qərara əsasən, işçilərin maaşlarında dəyişiklik olmayacaq. 4 gün işləyib-işləməyəcəyinə işçi özü qərar verəcək. Yeni sistemdə iş saatları azaldılmayacaq. Yəni 4 günlük iş sisteminə keçənlər gün ərzində 8 saatdan çox işləməli olacaqlar.
Qanuna görə, şəxsin 4 gün işləmək tələbi işdən çıxarılma üçün əsas sayılmayacaq. Maaş və sosial müavinətlər dəyişməz qaldığı halda, gündəlik yemək və yol pullarının miqdarında dəyişiklik ola bilər.
Ölkədəki işçilər noyabrın 20-dən etibarən 4 günlük iş rejimi tələb edə biləcəklər.
Xatırladaq ki, bu ilin iyun ayında İngiltərədəki 70 şirkətdə 3300-dən çox əməkdaşın iştirakı ilə pilot layihəyə start verilib. Belə ki, həmin işçilər 6 ay müddətində həftədə 4 gün işə çıxacaqlar. Beləliklə, həftədə 4 gün işləməklə 5 günlük məhsuldarlığı almağın mümkün olub-olmadığı yoxlanılacaq. bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































