Xəbər lenti
Tarixi gəlişmə: “Türk NATO-su” qurulur – Şok iddia
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Türkiyənin hər iki regiondakı siyasi mövqeləri möhkəmlənir:
“Bununla bərabər, deməliyik ki, Türkiyənin beynəlxalq müstəvidə rolu güclənir.
Rusiyanın Ukrayanda hərbi-siyasi məğlubiyyəti də Mərkəzi Asiyanın türk dövlətlərinin Türkiyə ilə yaxınlaşmasına təkan verir. Tarxi fürsəti qaçırmayan üzv ölkələr birlik çərçivəsində xarici təhdidləri neytrallaşdıracaq. Təsadüfi deyil ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Anakara ilə bir çox sahələrdə müqavilələr imzalayaraq, əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Eyni zamanda, Azərbaycan da hər üç ölkə ilə strateji tərəfdaşlıq müqaviləsinə malikdir.
İkinci Qarabağ müharibəsindən sonra türk dövlətləri birliyi yeni müstəviyə qalxıb. Gedişatdan bəlli olur ki, Türkiyə yaxın perspektivdə Mərkəzi Asiyanın təhlükəsizliyinin qarantı olacaq”.
Məhəmməd Əsədullazadə bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin də TDT-ə cəlb edilməsi türk tarixinin əlamətdar hadisəsidir:
“Heç bir türk dövləti Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata müşahidəçi statusda qoşulmasına etiraz etmədi, əksinə, həmrəylik nümayiş etdirdi.
Türk Dövlətləri Təşkilatı təkcə siyasi-mədəni deyil, həm də yaxın gələcəkdə türk dövlətlərinin hərbi ittifaqının qurulmasının əsasını qoyub. Yaxın gələcəkdə “Türk NATO-su”nun yaradılması yönündə aktiv fəaliyyətlərin şahidi ola bilərik. Hesab edirəm ki, Türkiyə və Azərbaycanın birgə səyləri ilə inkişaf edən və genişlənən birlik yaxın perspektivdə öz vahid hərbi kontingentini formalaşdırmağa getməlidir”. teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar