Ermənistan danışıqlar yolu ilə razı olmasa, Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açacaq, üç ildən sonra isə sülhməramlıların da bölgədən çıxarılmasına nail olacaq. Xəbər lenti
İrəvan razı olmasa, Bakı güc tətbiq edəcək” - “Hraparak”
Ermənistan danışıqlar yolu ilə razı olmasa, Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açacaq, üç ildən sonra isə sülhməramlıların da bölgədən çıxarılmasına nail olacaq.Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Siyasi dairələrdə sülh müqaviləsinin gerçəkləşməsinin sonuncu mərhələyə qədəm qoyduğu bildirilir. Bu ilin sonuna qədər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll ediləcək. Tiflisdə tərəflər Qərbin təklif etdiyi müqaviləyə qol çəkə bilər. Paşinyanın da öz xalqı qarşısında deməyə sözü olacaq: “Gördünüz ki, mən Soçiyə də getdim, Tiflisə də. Hər iki variantda Qarabağ Azərbaycana keçir”. Əks təqdirdə razılıq əldə olunmasa, Əliyev bir hərbi əməliyyatla Qarabağı erməni silahlılarından təmizləyərək, yenə də öz istədiyinə çatacaq”, - nəşr bildirib.
Qeyd edək ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən maneəsiz yolun açılması Ermənistanın 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə götürdüyü öhdəlikdir. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































