Xəbər lenti
"Öhdəliklər tam yerinə yetirilməsə, sülh müqaviləsi də olmayacaq" - Deputat
“İki il bundan əvvəl - 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla “Dağlıq Qarabağ münaqişəsi” adlı münaqişəyə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin edildi. Bu bəyanat, həmçinin, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin imza atan ölkələr tərəfindən tanınması idi”.
Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, 44 günlük müharibə ilə Azərbaycan ordusu 30 ildə erməni ordusu haqqında formalaşmış məğlubelilməz mifi darmadağın etdi. Azərbaycan xalqı, ordu-xalq, xalq-iqtidar birliyi qələbənin qazanılmasının əsas faktorları oldu: Bu gün artıq “Dağlıq Qarabağ” adlı heç bir subyekt yoxdur, işğal dövründə Qarabağda hansısa separatçı idarətetmə quruluşu dünyanın heç bir ölkəsi, o cümlədən, Ermənistan tərəfindən tanınmadı, bundan sonra bu yöndə cəhdlərin heç bir perspektivi yoxdur”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan bəyanatda üzərinə götürdüyü Laçın rayonu ərazisindən Ermənistanla Qarabağ iqtisadi rayonu arasında sərbəst hərəkəti təmin edib, hətta, yeni yol da çəkib. Ermənistan isə bəyanatda imza atmaqla üzərinə götürdüyü bir sıra öhdəlikləri hələ də yerinə yetirməyib: “Bunlar ilk növbədə Qarabağda qanunsuz silahlı qruplaşmaların, Ermənistan silahlı qüvələrinin ərazidə hələ də mövcudluğudur. Bu isə bəyanatdakı öhdəliyin yerinə yetirilməməsi ilə yanaşı, hər an yeni hərbi toqquşma mənbəyidir. Sentyabr hadisələri bunu bir daha ortaya qoydu. Dogər bir məsələ isə İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsidir. Bu gün Ermənistan rəhbərliyi 2 il əvvəl üzərinə götürdüyü bu öhdəlikdən yayınır, müxtəlif bəhanələr gətirir, bunun üçün İranın simasında özünə beynəlxalq dəstəkçilər tapır. Amma, Paşinyan unutmamalıdır ki, Azərbaycan hərbi əməliyyatları məhz bu bəyanata görə dayandırıb, bu bəyanatda qeyd olunan öhdəliklərin hər biri icra olunmalıdır. Əks halda, nə sülhdən, nə kommunikasiyaların açılmasından söhbət gedə bilməz”.
Millət vəkili A.Məmmədov öhdəliklərin icrası ilə bağlı noyabrın 8-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin xəbərdarlığını xatırladıb: “Cənab Prezident qeyd etdi ki, öhdəlik hələ tam yerinə yetirilməyib. “Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik? Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər”.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar