Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu”

Tarix: 10-11-2022 17:16     Baxış: 3252 A- / A+
 Jalə Əhmədova, 
Milli Məclisin deputat



Bu gün 2020-ci il noyabrın 10-da imzalanmış və Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini yekunlaşdıran Üçtərəfli Bəyanatın imzalanmasından 2 il ötür. 
Vətən müharibəsində Qələbənin qazanılması bütün Azərbaycan xalqının birliyinin, həmrəyliyinin nəticəsi olmaqla yanaşı, həm də ümumxalq birliyinin təntənəsi, xalqımızın qürur yeridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Üçtərəfli Bəyanat uzun illər dəyişməz qalan status-kvonu bizim xeyrimizə dəyişdi. Bəyanata əsasən, Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Bu gün artıq düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu haqq işimizin həyata keçirilməsində, ərazilərimizin işğaldan azad olunmasında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi xüsusi əhəmiyyət kəsb edirdi. Çünki Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinin qarşısını aldı. 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması isə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirilməsi də tarixi hadisə olacaqdır.  Beləliklə, Üçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə atıldı. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.  Bir sözlə, 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın  imzalanması ilə ölkəmizin bir sıra yeni siyasi, diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar