Xəbər lenti
Taleh Qaraşov və Lənkəran

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu mən o, rayonun başçısı təyin olunduğu gündən tanıyıram və aramızda da dostluq, qardaşlıq münasibətləri mövcuddur. Çoxları da bu dostluq və qardaşlığımıza qibtə ilə yanaşır. Qoy qibtə ilə yanaşsınlar. Gözəl ziyalı ilə dostluq etməkdə mən heç də yanılmamışam. Çünki bu insan o qədər mədəni, istiqanlı, gözəl natiq, Prezident tərəfindən ona tapşırılan işə məsuliyyətli və ciddidir ki, elə ilk gündən bir yazıçı- publisist, jurnalist kimi diqqətimi çəkdi. Bu diqqət o səviyyəyə çatdı ki, mən hətta onun kəndlərdəki səyyar görüşlərini belə diqqətlə izləyir, gələcək kitablarım üçün qeydlər aparır, araşdırmalarım müsbət nəticə verirdi. Taleh Qaraşov hörmətli Prezidentimizin Sərəncamı ilə rayonun başçısı təyin olunduğu gündən Lənkəranın dinamik inkişafında sanki bir sıçrayış oldu. İlk gündən rayonumuzun kəndlərində və onun peyk şəhəri olan Liman şəhərində səyyar görüşləri zamanı sakinlərin dərd-sərini dinləyən rayon başçısı çox böyük işgüzarlıqla məsələlərin yerindəcə həll olunmasına çalışırdı. Az bir vaxt ərzində Lənkəran şəhərinin struktur inkişafında köklü dəyişikliklər baş verdi. 31 iyul 2012-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Lənkərana səfərindəki çıxışında demişdi: “ Çox şadam ki, Lənkəranda işlər yaxşı gedir. Rayon inkişaf edir, şəhər gözəlləşir, abadlaşır, gözəl binalar ucaldılır... Ona görə mən əminəm ki, Lənkəranda hələ görüşlərimiz, açılışlar, tədbirlər çox olacaqdır...”



Səyavuş SÜLEYMANLI,
yazıçı-publisist, Prezident mükafatçısı, Lənkəran
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar