Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu - Müşfiq Məmmədli

Tarix: 08-11-2022 17:56     Baxış: 2211 A- / A+
Müşfiq Məmmədli
Milli Məclisin deputatı 


Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu göstərdiyi şücaət, qəhrəmanlıq, bacarıq nəticəsində 44 gün müddətində mümkünsüzü mümkün etdi. Yürüdülən məqsədyönlü siyasət nəticəsində 44 günlük müharibə ilə təkcə Ermənistan deyil, dünya erməniçiliyi məğlubiyyətə uğrayıb, kapitulaysiyaya vadar oldu. Əldə edilən qələbə ilə bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. 44 gün ərzində möhtəşəm qələbə yazan bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərə qalib gəldiyini sübut etdi. 44 gündə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan ən müasir hərbi texnikalardan istifadə etmək bacarığı ilə qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi, bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi, çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir". Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Nəticədə Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Müharibədən sonra da yürüdülən məqsədyönlü siyasət nəticəsində Azərbaycan qələbənin dönməzliyi istiqamətində informasiya  və diplomatik müstəvidə uğurları davam etməkdədir. Erməni revanşistlər bir neçə dəfə revanşizmə əl atsalar da, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, qətiyyəti nəticəsində “dəmir yumruq” nəticəsində düşməni başı əzilib. Və  bundan sonra da əziləcək. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında sülh sazişi imzalanacaq, Zəngəzur dəhlizi açılacaq, qarşıya qoyulan bütün hədəflərə nail olunacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar