Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sabiq müşavir sahibkarı neçə "çökdürüb"? - Çingiz Baxşiyevin adı daha bir qalmaqalda

Tarix: 19-04-2017 20:34     Baxış: 3304 A- / A+
Sabiq müşavir sahibkarı neçə "çökdürüb"?

Bir il əvvəl Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarətçisi işləmiş yaxın qohumunu həbs edtdirən keçmiş nəqliyyat nazirinin sabiq müşaviri Çingiz Baxşiyev barəsində yayılan neqativ xarakterli məlumatların ardı-arası kəsilmir. Topladığı varidatının bir hissəsinin - 50 kilorqmlıq qızılının yoxa çıxması ilə məşhurlaşan Çingiz Baxşıyevin adı sonradan bir neçə qaranlıq fəaliyyətlərdə hallandırılıb. İndi isə onun adı sərnişindaşıma xidməti sahəsində çalışmış sahibkarlara qarşı dələduzluqda çəkilir.

Bu barədə Koordinat.az-a Bakıda sərnişindaşıma xidməti ilə məşğul olan Sənan Nəcəfli bildirib. O, qeyd edib ki, Çingiz Baxşiyev hələ Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi vəzifəsində çalışarkən sərnişindaşıma xidmətində sahibkarlarlıq fəaliyyəti göstərməyə başlayıb. Onun sözlərinə görə, bir neçə il bu sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məğul olsa da, sonradan Çingiz Baxşiyevin qanunsuz tələbi ilə izləşib. Belə ki, Nəqliyyat Nazirliyində böyük söz və Ziya Məmmədovun yanında nüfuz sahibi olan Xidmət rəisi qanuni yolla sahibkarın ixtiyarına verilmiş marşrut xəttini onun əlindən alaraq başqasına çatıb. Nəticədə Sənan Nəcəflinin rəhbəri olduğu firma avtobusla sərnişindaşıma xidmətindən uzaqlaşdırılıb, onun sərnişindaşımanın təşkilinə xərclədiyi iri məbləğli vəsaitlər də batıb: "Məni müflis eləyən Çingiz Baxşıyev oldu. Nəqliyyat Nazirliyinin müəyyən etdiyi qaydalar əsasında Bakıda sərnişindaşıma ilə məşğul olmağa icazə aldıqdan sonra fəaliyyətə başlamaq qurmaq üçün bankdan kredit götürdük. Həmin kreditlərlə həm avtobuslar aldıq, həm marşrut xəttinə aid digər xərclərimizi ödədik. Bir neçə il hər şey yüksək səviyyədə davam etdi, sakibkarlıq fəaliyyətinə görə vergilərimizi, Nəqliyyat Nazirliyinə olan bütün ödənişləri, işçilərin maaşını vaxtlı-vaxtında ödəyirdik. Sərnişinlərə göstərilən xidmətin səviyyəsi də öz yerində. Hətta xidmətin təşkili səviyyəsinə görə bir neçə dəfə Nəqliyyat Nazirliyindən təşəkkürnamə də almışıq. Amma sonradan Çingiz Baxiyev bizimlə olan müqaviləni birtərəfli qaydada dayandırdı, sərnişindaşıma xidməti göstərməyimiz üçün bizə verilmiş marşrut xəttini əlimizdən alıb başqa sahibkara satdı".

Sahibkar deyib ki, hələ o vaxt Çingiz Baxşiyevin bu qanunsuz hərəkəti barədə nəqliyyat nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət etsə də, bunun heç bir nəticəsi olmayıb. Onun sözlərinə görə, Çingiz Baxşiyev 2014-cü ilin əvvəlində
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsindən azad edilib nəqliyyat nazirinin müşaviri postuna gətirildikdən sonra sahibkarlara qarşı daha qəddar münasibət göstərməyə başlayıb: "Qanuni yolla xidmət göstərdiyimiz marşrut xətti əlimizdən alındıqdan sonra sahibkar kimi mənə dəymiş ziyanın ğdənilməsini tələb etdim. Çünki bankdan götürdüyüm iri məbləğdə kreditin hamısını sərnişindaşımanın təşkilinə xərcləmişdim. Ancaq işi lazım olan səviyyəyə çatdırdıqdan sonra bizi sərnişindaşımadan uzaqlaşdırdılar. Amma Çingiz Baxşiyev müşavir təyin oldunduqdan sonra firmaya dəymiş ziyanın ödənilməsinə dair tələbimizi də rədd etdilər. Bütün bu qanunsuzluqların başında duran isə Çingiz Baxşiyevin özü idi".

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşavirinin müflis həddinə çatdırdığı sahibkar bütün bunlardan sonra şəxsi mənzilini və minik avtomobilini sataraq kredit borclarını ödəyib. Bununla belə, o, sərnişindaşıma xidmətinin təşkili işlərinə başlamaq üçün bankdan götürdüyü kredit borclarını hələ də bağlaya bilməyib.

Xatırladaq ki, sabah keçmiş nəqliyyat nazirinin keçmiş müşaviri Çingiz Baxşiyevin şikayəti əsasında bir il əvvəl həbsə alınmış Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Bir ilə yaxındır təxirə salına-salına gedən bu prosesin uzadılmasının əsl səbəbləri, hələ ki, ölkə ictimaiyyətinə məlum deyil. İş üzrə sonuncu məhkəmə prosesi aprelin 4-də baş tutub. Hakim Əfqan Hacıyev sədrlik etdiyi prosesdə Rövşən Əhmədovun müdadiəsinə vəkil Ülkər Yusifova qoşulub. Hakim zərərçəkmiş kimi tanınan Çingiz Baxçiyevin həyat yoldaşı Dostuxanım Baxşıyevanın şahid qismində ifadə vermək üçün məhkəməyə gələ bilmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etməsi ilə bağlı ərizə göndərdiyini bildirib. Bununla da cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı Fərid Nağıyev çıxış etmək üçün məhkəmədən vaxt istəmişdi. Məhkəmə isə növbəti iclası aprelin 13-də keçiriləcəyini elan etsə də, həmin gün proses baş tutmadı və yenidən aprelin 20-ə təxirə salındı.

Sabah dövlət ittihamçısı Fərid Nağıyevin çıxış edəcəyi gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar