Xəbər lenti
Azərbaycan, Zəfər Günün Mübarək!
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi Azərbaycannın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə olaraq tariximizə şanlı səhifələr yazıldı. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi. 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün, haqq savaşımızın Zəfər Qələbəsi ilə başa çatdığı gün kimi tarixə yazıldı.
Müharibə dövründə bir xalq kimi nümayiş etdirdiyimiz milli birlik və siyasi həmrəylik Qarabağ zəfərini şərtləndirən mühüm amillərdən biridir. Bu gün Zəfərimiz dünənimizə, bu günümüzə və gələcəyimizə bir baxışdır. Elm və Təhsil nazirinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgilərinin təşkili nəzərdə tutulub.
Belə tədbirlərdən biri olan Bakı şəhəri, Yasamal raonundakı Azərbaycanın Milli Qəhrəmanı A.İ Məmmədov adına 38 nömrəli məktəbdə 8 Noyabr - Zəfər Gününə həsr olunan "Zəfərə gedən yol" adlı tədbirdə məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri, Vətən müharibəsi qaziləri, ictimaiyyətin digər nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yaqut Əfəndiyeva bildirdi ki, məktəbin vəzifəsi öz yetirmələrinə təkcə müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları peşə seçiminə və əmək fəaliyyətinə hazırlamaq deyil, həm də onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək, insana qanla, genlə keçən milli mənsubiyyət və vətənpərvərlik hisslərini üzə çıxarmaq və daha da inkişaf etdirməkdir. Bu mənada vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Vətən uğrunda canından keçənlərin əziz xatirəsi daim ürəklərdə yaşayıb və bundan sonra da yaşayacaq. Məktəbimiz təkcə I Qarabağ savaşında 7 şəhid verib. Onlar kollektivimiz tərəfindən qürurla anılır, qədir bilən xalqımız tərəfindən ehtiramla yad edilir.
Bildirildi ki, tədbirdə iştirak edən məktəbin məzunu Qarabağ qazisi Abbas Abbaslı 17.05.1997-ci ildə Bakı şəhəri Yasamal rayonunda anadan olub. Həmin məktəbi 2003-2014-cü illərdə bitirib. 2014 - 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsini oxuyub, bakalavr dərəcəsi alıb. 2018 - 2020 - ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə olunması ixtisasını bitirərək, magistr dərəcəsinə yiyələnib. 21. 07. 2020-ci ildə qardaşı ilə birgə hərbi xidmətə yollanıb. 44 günlük müharibədə D-44 topunda baş tuşlayıcı vəzifəsini icra edib. Agcabədi, Ağdam, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətindəki döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşldə bir ayağını itirib. Prezident tərəfindən 4 medalla təltif olunub.
Tədbirdə hər iki valideyninin iştirak etdiyi ağır döyüş yolu keçən xüsusi təyinatlı Salahov Elvin Sabir oğlu Şuşada şəhid olub bir çox orden və medallarla təltif olunub.
Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar