Xəbər lenti
8 noyabr-Zəfər Günü münasibətilə İdrak liseyində tədbir keçirildi -ŞƏKİLLƏR
“8 noyabr-Zəfər Günü” münasibətilə İdrak liseyində “44 dəqiqə” adlı tədbir keçirildi.
Manevr.az xəbər verir ki, tədbirdə İdrak liseyinin rəhbər kollektivi, şəhid ailələri, digər fəxri qonaqlar, müəllim və şagird heyəti iştirak edib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra liseyimizin şagirdlərinin iştirakı ilə hazırlanan səhnəcik nümayiş olundu. Sevinc və qəhər hissi ilə izlənən tamaşa alqışlarla qarşılandı.
Çıxış edən İdrak liseyinin təsisçisi Mönsüm Alışov liseyimizdə təhsil alan şəhid övladlarından, onların atalarının bizə yaşatdığı böyük qürur hissindən bəhs etdi. Fəxri qonaqlar arasında Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən müharibəsi iştirakçısı, Vətən uğrunda medalı ilə təltif olunmuş Tehran Mənsimov da var idi.
44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşən Tehran Mənsimov Şuşa uğrunda gedən döyüşlərdən, Daşaltı kəndinin azad olunmasından bəhs etdi. Şagirdlərimiz böyük fəxr və həyəcanla izlədilər. Tədbirin sonunda döyüş vaxtı əməliyyat masasında ifa etdiyi mahnı ilə yaddaşlara həkk olan igidimiz Məbud Əhmədov “Qarabağ” mahnısını ifa etdi.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar