Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Könül yolçusu - Coşqun Qarabuludun doğum gününə təbrik...

Tarix: 05-11-2022 23:05     Baxış: 2309 A- / A+
           Böyük Türk dünysının tanınmış şairi, qələm adamı Coşqun Qarabuludun bu gün doğum 
günüdür. Fəthiyə Ədəbiyyt Qrupunun və “Könül Yolçusu” layihəsinin Türkiyə rəhbəridir. Bütün 
ömrünü, həyatını halallıq içində yaşayan, onu tanıyanaların ürəyində taxt quran dəyərli könül 
dostumuzu doğum günü münibətiylə ürəkdən təbrik edirik. Can sağlığı, gözəl günlər arzu edirik. 


     PAYIZ  ÇÖLÜ

Ömrün  payız  çölündə 
zaman  sarı  yarpaq.
Ağarmış saç- saqqal.
Qanayan dodaqlarım 
duz dadında.
Mən sizi öpə bilmərəm artıq.
Sapsarı  göndərir  şüasını  günəş.
Min bir töhmətlə:
ərincək, ölgün.
Marağındaydım  sanki,
mənim dodaqlarım paralanmış.
Bir dəstə sevgi gülü yetərdi,
Bir də göy  üzündən enən yar baxışları.
Payız çölündə 
bəlkə də toz əlindən 
rəngini  dəyişmiş  zaman.
Bir  yanda  bədənim saralmaqda,
O biri yanda sənin  mavi gözlərin.
İlişib qalmışam.
Zaman-  
dünən, bu   gün, sabah
gözlərin sevgiylə əl- ələ tutmasıdır,
ay işığında
baxışlar dənizində 
seyretməkdir həyatı.
Deyirəm ki, gözəlim,
tut əllərimi, buraxma nə olar.
Al , səndə qalsın  gözlərim.


BU  NECƏ  İŞDİR

Bu necə işdir,
Məndən Səni çıxardım,
Sən qaldın.
Səndən məni çıxardım,
Yenə sən qaldın.
Bu necə işdir,
Mən haradayam?

                       
YOL   AYRICI

HƏYAT – bir  yumurta  kimi,
Ya  quş  olub  uçacağıq,
Ya  da  bizdən
Omlet  bişirəcəklər.....


EŞQ   ŞORBASI

Canım çəkdi neçə dəfə
Oturub zaman yeməkxanasında
bir eşq  şorbası  içməyi.

Mədəm  bulandı  neçə  dəfə,
milçək  çıxdı içindən.
Çəngəl əlimdə qaldı  həmişə.

                   

ADAM   KIMI

Hər kəs pula  çevirir hər şeyi.
Mənsə  pulu  çevirirəm hər şeyə.
Hər şeyə
bir az sevgi,
bir az təbəssüm qatıb
özümə bənzədirəm
adam kimi.


GECƏLƏR

Hər kəsin dörd nala çapdığı 
gecə çölündən 
keçərək gəlirəm,
düşüb qalxaraq
toz içində.
Səhərlər gec qalxmağım  bundan,
siz gəldiyimə şükr edin. 

              
        ƏDALƏT

Dünyada  ən  ədalətli 
insanın  kölgəsidi,
Zəncidə  də, 
ağ  insanda   da
həmişə  qaradı.


          
           QİSMƏT

Buludların toqquşması-
ölümüdür.
Yerə düşən hər damlada
 canından can  var  buludun.
Torpaq yaşıllaşırsa,
çiçəklər açılırsa,
həna yaxsın oynasın,
bayramıdır torpağın. 
Türkülər çiçəklərə söylənir,
öyünən torpaqdır  nədənsə. 
Sevgiylə bəslənən hər çiçəkdə
bir buludun  gizli göz yaşları var.
Yəqin ona görədir ,
Hər çiçək görəndə
gözümüzün dolması.


   
   HEYHAT

Kiçik- kiçik kağızlardan
 gəmiciklər düzəldib,
içində gerçək adamlar,
kiçik körpələr,
 qadınlar
səfərlərə  yola salmışam- 
gerçək dənizlərin ortasına .
 Vay mənim  küt  başım, 
tərk edin, tərk edin gəmiləri,
öncə  uşaqlar, sonra qadınlar! 
 

NƏ GÖZƏLDİ  İNSAN  OLMAQ 

Ölümü bilə- bilə insanın
həyatı  şənliyə çevirməsi nə gözəldi.
Doğulan körpəsinə sevinməsi,
şərbət içərək qeyd etməsi,
ilk dişi çıxdığında 
diş hədiyi  bişirməsi,
məktəbə yollayanda 
qırmızı bant bağlaması,
həyatın hər anını
 şənliyə çevirməsi
nə gözəldi.
Sonra aşiq olması,
Sevdiyini qısqanması,
Yeməkdən, içməkdən kəsilib
günlərcə xəstə yatması,
ölümü bilə- bilə  insanın
sevdiyinə qovuşanda 
sevincdən havaya uçması 
nə gözəldi.


Böyüklərin  əllərindən,
Kiçiklərin  gözlərindən,
Dostlarının yanağından,
Sevdiyinin düz  alnından 
öpməsi,  
mənalar yaratması
 nə gözəldi.
Sevincini,  acısını,
çörəyini  dostlarıyla paylaşması,
acından  öləcəyini bilsə  də,
namərdə  minnət etmədən 
insanın dimdik  durması
nə gözəldi.


BOYUN 

Beləcə,
 bükük buraxıb getdin boynumu.
El- aləm dik görsün, - deyə bir ömür.
Neçə ömür tükəddim bilirsənmi.
Neçə ömür.


DİABETİK ŞEİR

Qorxuram.
 Aparacaqsa,
bu şəkər aparacaq məni.
Hey gidi, yalan dünya.
Mən gedəcəm, 
D/adım qalacaq


Təqdim etdi Nazilə Gültac şair, tərcüməçi
“Könül Yolçusu “ layihəsinin Azərbaycan rəhbəri


Manevr.az ailəsi olaraq dəyərli dostumuz Coşqun Qarabuludu doğum günü münasibətilə təbrik edir, can sağlığı, yaradıcılıq uğurları diləyirik!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar