Xəbər lenti
Molla rejimi nədən narahatdır? - İranın aqressiyasının səbəbi...
Manevr.az bildirir ki, bunu teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, Tehran rejimi azərbaycanlılara, müsəlmanlara qarşı ermənilərin soyqırımı, hərbi cinayətlər törətdiyi vaxtda da buna heç bir reaksiya verməyib: “Molla rejimi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra ölkəmizə qarşı olan məkirli xislətini nümayiş etdirməyə başladı. İşğaldan azad edilmiş ərazilərə qardaş Türkiyə prezidentinin səfəri, hörmətli Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevlə Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışında iştirakı, verdikləri mesajlar, görünür, İran narahat edir. Çünki İran nədənsə Azərbaycan-Türkiyə birliyini sanki özünə qarşı yönəldiyini düşünür. Amma bunun əksinə iki qardaş dövlətin birliyi bölgədə sülhə, əməkdaşlığa, təhlükəsizliyə mühüm qarant rolundadır”.
Millət vəkilinə görə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi fonunda qlobal miqyasda mövqeyinin güclənməsi də İranın narahatlığına səbəb olub: “Ona görə də, İran son dövrlər Araz çayı ətrafında uğursuz hərbi təlimlər keçirir. Bununla Azərbaycana qarşı əzələ nümayiş etdirməyə cəhd edir. Sözsüz ki, Azərbaycan assimmetrik olaraq İranla sərhəddə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) təlimlərinin keçirir. İran unutmamalıdır ki, onun qarşısında ərazi işğal edilmiş, zəif bir Azərbaycan mövcud deyil. Bu gün 44 gündə tarixi zəfərə imza atmış, özünün iqtisadi, siyasi, hərbi potensialına arxalanaraq inkişaf edən və günü-gündən güclənən Azərbaycan var. İran və onun himayə etdiyi Ermənistan bu məqamlara ciddi şəkildə diqqət etməlidir. Eyni zamanda Azərbaycanın Türkiyə kimi müttəfiqi var ki, iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi bu əlaqələrin ən yüksək səviyyəsi hesab edilir. Bu baxımdan Azərbaycanla təzyiq və hədə dilində danışmaq niyyətinə düşənlər qarşılarında hansı gücün olduğunu da unutmamalıdır”.Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































