Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 62 nəfər ölüb, 212 nəfər xəsarət alıb - FHN-dən açıqlama

Tarix: 19-04-2017 17:07     Baxış: 6394 A- / A+
Azərbaycanda 62 nəfər ölüb, 212 nəfər xəsarət alıb

Bu ilin I rübü ərzində respublika ərazisində baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu ilin I rübü ərzində respublika ərazisində 31 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 48% çoxdur. Partlayışlar zamanı 7 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Həmçinin bu ilin ilk üç ayında baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2204 çıxış edilib. Yanğın hadisələri zamanı 24 nəfər ölüb, 64 nəfər xəsarət alıb. Bu da ötən ilin I rübü ilə müqayisədə yanğından ölənlər üzrə 7 nəfər və ya 41%, xəsarət alanlar üzrə 35 nəfər və ya 121% çoxdur. Yanğınların söndürülməsi zamanı 20 nəfər xilas edilib, 353 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Hesabatda həmçinin bildirilir ki, 2017-ci ilin I rübü ərzində respublika ərazisində 2269 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 625 hadisə və ya 38% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 106 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 21 nəfər xilas edilib, 376 nəfər təxliyə olunub.metbuat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar