Xəbər lenti
“Raquf Orucov Kuboku” turnirinin iştirakçıları şəhidin məzarını ziyarət ediblər - FOTOLAR
Ötən il Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr olunmuş klublararası beynəlxalq cüdo turnirinin iştirakçıları bu gün Sumqayıtdakı Şəhidlər xiyabanını ziyarət ediblər.
Manevr.az xəbər verir ki, Təşkilat Komitəsinin, ölkəmizin klub komandalarının üzvləri, Rusiya və Gürcüstandan gəlmiş idmançılar xiyabanda polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin məzarlarına əklillər qoyub, güllər düzüb, onların xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə şəhər rəhbərliyinin nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Xatırladaq ki, beynəlxalq turnir Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012”nin təşkilatçılığı keçirilir. Tatami üzərinə 21 yaşınadək oğlan və qızlardan ibarət (U-21) komandalar çıxacaqlar. Oğlanlardan ibarət komandalar beş (60, -66, -73, -81, +81 kq), qızlar isə iki (-57 və -63 kq) çəki dərəcəsində yarışacaqlar. Turnirdə iştirakı nəzərdə tutulan İran komandası viza məsələsini vaxtında həll edə bilmədiyindən Bakıya gəlməyib.
Turnirə sabah Bakı Əl Oyunları İdman Sarayında start veriləcək. Seçmə mərhələsi saat 10. -da başlanacaq, rəsmi açılış mərasimi saat 17-də olacaq. Sonra isə final görüşləri və mükafatlandırma mərasimi keçiriləcəkdir.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini inkişaf etdirmək, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar