Xəbər lenti
“Soçi görüşü bir daha göstərdi ki, Azərbaycan mövqeyində sabitdir” – Aqil Məmmədov
Azərbaycan Prezidenti hər zaman ölkəmizin maraqlarını və mövqeyini lazımi səviyyədə qoruyur. Soçi görüşü bir daha göstərdi ki, Azərbaycan mövqeyində sabitdir”.
Soçi görüşünün nəticələri ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Soçi görüşü ərəfəsində Azərbaycan cəmiyyətində bir narahatlıq var idi: “Ermənistan Baş nazirinin görüş ərəfəsindəki təxribatçı çıxışları, Xankəndində təşkil edilmiş sifarişli mitinq, eyni zamanda Rusiya prezidenti Vladimir Putinin “Valday”dakı sözləri istər-istəməz narahatlıq mənbəyi idi. Görüşün nəticələri ilə bağlı qəbul edilmiş bəyanat göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də maraqlarımızı yüksək səviyyədə müdafiə edib”.
Millət vəkilinin sözlərinə görə son zamanlar müxtəlif dairələrdə “status” mövzusunu qabartmağa cəhdlər var: “Soçi görüşü ərəfəsində bu fəallıq daha da artmışdı. Hətta, Xonkəndində qondarma-qurama bir mitinq təşkil etmişdilər ki, buna əsaslanıb Azərbaycan qarşısında hansısa status məsələsini qaldırsınlar. Azərbaycan Prezidenti bu cür danışan ağızları susdurdu. Həmçinin, açıq şəkildə Vladimir Putinlə görüşdə bəyan etdi ki, Dağlıq Qarabağ problemi 2 il əvvəl həll edilib, bu mövzuda danışılacaq heç nə yoxdur. Cənab Prezidentin bu qəti bəyanatı istər sonrakı görüşlərdə, istərsə, qəbul edilmiş bəyanatda mübahisəsiz şəkildə nəzərə alındı”.
A.Məmmədov Soçu görüşünün sonunda qəbul edilən bəyanat haqqında da danışıb. Bildirib ki, keçirilən görüşlərin yekunu olaraq imzalanan bəyanatların hər biri Azərbaycanın diplomatik uğuru sayıla bilər: “Çünki, həmin sənədlərdə ölkəmizin mövqeyi dəstəklənir, milli maraqlarımız öndə saxlanılır. Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifi əksər dünya gücləri tərəfindən dəstəklənir. Ermənistanın baş naziri Nikol Paşinyan bu il aprelin 6-da keçirilən Brüssel görüşündə 5 prinsipi qəbul etməklə tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqlədi. Avqustun 31-də təşkil olunan görüşdə isə sülh müqaviləsinin imzalanması ilə bağlı iki ölkənin xarici işlər nazirlərinin görüşlərinin keçirilməsinin zəruriliyi dəstəkləndi. Artıq Praqa görüşünə qədər xarici işlər nazirlərinin görüşü keçirilmişdi. Dövlətimizin başçısı İlham Əliyev bu məsələyə münasibətində qeyd etmişdi ki, görüşlərin davamlı olması vacibdir. Praqa görüşündə diqqət çəkən məqam Fransa Prezidenti Emmanuel Makronun tərəf kimi iştirakı idi. Praqa bəyanatında əksini tapan müddəalarla bağlı razılığını ifadə edən Makron çox keçmədi ki, erməni diasporunun nümayəndələri ilə görüşündə sərsəm bəyanatları ilə əsl simasını bir daha nümayiş etdirdi. Fransa Prezidenti 30 illik işğal dövründə vasitəçiliyinin əsasında dayanan maraqlarını bir daha büruzə verdi. Belə olan halda, erməni sevgisini açıq-aşkar nümayiş etdirən dövlətin prezidentindən ədalətli yanaşma ortaya qoyacağını gözləmək nə dərəcədə real görünə bilər?”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar