Xəbər lenti
Almaniyanın Azərbaycandakı səfiri “Azərikimya” İB-də olub
Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri “Azərikiya” İB-də.
Sumqayıtda SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Ralf Horlemann ilə görüş keçirilib. “Azərikimya” İB-nin Baş direktoru İmran Arzumanzadə Almaniya şirkətləri ilə əməkdaşlıqdan, Birlikdə uğurla başa çatdırılmış modernizasiya və yenidənqurma layihəsində alman şirkətlərinin iştirakı və perspektiv layihələrlə bağlı səfiri məlumatlandırıb. Qeyd olunub ki, “Azərikimya” İB-də həyata keçirilən Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin və gücünün artırılması layihəsi uğurla davam etdirilir. Layihənin məqsədi zavodu elektrik enerji ilə təmin edən Buxar Generator Kompleksinin enerji effektivliyini və istehsal gücünü artırmaqdır. Layihənin icrası üçün 2016-cı ildə SOCAR Almaniyanın UNİPER şirkəti ilə saziş imzalayaraq, “SOCAR-UNİPER” Birgə müəssisəsini yaratmışdır. Etilen-polietilen zavodunda hazırkı Buxar Generator Kompleksinin 32 Mvt/s (faktiki 13 Mvt/s) layihə gücünün 65 Mvt/s layihə gücünə çatdırılması işləri uğurla tamamlanır. Bunun üçün əlavə turbogenerator quraşdırılırmış və mövcud texnoloji sistem təkmilləşdirilmişdir. Həmçinin “Azərikimya” İB-nin daxili imkanları hesabına mövcud köhnə yarımstansiya yenidən qurularaq istifadəyə verilmişdir. Yekun sınaq-sazlama işləri başa çatdırıldıqdan sonra “Azərikimya” İB-nin indiyə qədər əsasən Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 30 Mvt/s-lıq enerji tələbatı artıq daxili imkanlar hesabına tam qarşılanacaq, qurğunun istehsal etdiyi əlavə 35 Mvt/s elektrik enerjisini şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə və eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi istehlakçılarına ötürməyə imkan yaranacaqdır. Görüşdən sonra səfir Etilen-polietilen zavoduna səfər edərək layihə ilə yerində tanış olmuşdur.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar