Xəbər lenti
Aqil Məmmədov: “Bu, Putinin “sən mənim “krışa”mın altındasan” mesajı idi”
Manevr.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məslisin deputatı Aqil Məmmədov deyib.
Deputat Soçi görüşündə verilən bəyanat barədə də fikir bildirib: “Putin jurnalistlərə müsahibəsində bəzi məsələlərdə razılığa gəlinməməsinə də işarə etdi. Görüntülərdə də həmişəki kimi Paşinyanla cənab Prezidentin baxışları, oturuşu, jestləri arasındakı fərqlər aydın görünürdü. Cənab Prezident öncədən də vurğuladı ki, 5 bənddən ibarət təkliflərimizi masaya qoymuşuq və hər zaman da icrasına hazırıq. Bu, bir daha göstərir ki, Azərbaycan tərəfi mövqeyindən çəkilən deyil və məsələnin həllini 5 bəndə uyğun istəyir. Görünür, müəyyən razılaşmalar olmasa da, sülh sazişinin bağlanmasına doğru yaxınlaşmalar var. Paşinyan da artıq görür ki, çıxış yolu yoxdur. Amma yenə də bir yerdə durmurlar. Müxtəlif tərəflərin təzyiqləri var, Avropa, Rusiya, İran və digərlərinin. Avropada məsələyə xüsusi önəm verən Fransadır, onun da fikirləri bəllidir. Ermənistanın özü çıxılmaz vəziyyətdə qalıb, bilmir ki, hansı tərəfə üz tutsun”.
A.Məmmədov Soçi görüşünün ardından Paşinyanın İrana səfər etməsini isə belə dəyərləndirib: “Paşinyan İrandan nə gəzləyir, nə istəyir, əlbəttə, bəlli olacaq. Əslində bəllidir, hərbi, iqtisadi, siyasi məsələlər müzakirə olunacaq. İranın da artıq başqa addım atmaq imkanı yoxdur. Qoşunlarını sərhədə yerləşdirsə də, İran düşünməlidir ki, Azərbaycana qarşı hərəkət etsə, onun ordusunu kimlər təşkil edir. Bunun nə ilə nəticələnəcəyi isə hər kəsə - İrana da, bizə də, Ermənistana da bəlli olmalıdır. Bu məsələ yaxşı götür-qoy edilməli, sonra addım atılmalıdır. Düşünürəm, Paşinyanın İran səfərinin də elə bir fərqli nəticəsi olmayacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar