Manevr.az xəbər verir ki, bunu modern.az-a Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Xalq yazıçısı Çingiz Abdullayevin jurnalisti təhqir etməsinə münasibət bildirərkən deyib.
Ç.Abdullayevi qınayan deputat bildirib ki, jurnalist sual verirsə, ona cavab vermək lazımdır: "Mənə də sensasiyalı suallar verirlər. Mən həmin sualları təmkinlə cavablandırıram. Hətta heç mənə aidiyyatı olmayan sual olsa belə, cavab verirəm. Məsələn, mən həmin sualın mövzusundan xəbərsizəm deyirəm. O cür qurultayın sonunda belə bir söhbətin olmasını istəməzdim. Çingizin adı gərək, belə hallanmazdı”.
“203 min manat Azərbaycan Yazıçılar Birliyinin dünənki qurultayı üçün nədir ki? 30-40 qonaq çağırılmışdı. Hamısı da təyyarə ilə gəlmişdi. Beləliklə, bu vəsait təkcə bilet pulunu ödəyir. Qonaqlar üç gündür buradadır. Onların yemək pulu, otel pulu var. Cangüdənlər də fəaliyyət göstərirdi”.
Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən" deməsi böyük qalmaqala səbəb olub.