Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

M. Məmmədli: "Ali qanunverici orqanın fəaliyyətinin yeni siyasi konfiqurasiyanın tələblərinə uyğun qurulması ənənə halını alıb"

Tarix: 26-10-2022 21:13     Baxış: 2287 A- / A+


                                      Müşfiq Məmmədli

"Bu cür müzakirələrin keçirilməsi, vətəndaşların ölkənin siyasi həyatına inteqrasiyasının sürətləndirilməsinə və ali qanunverici orqanla siyasi partiyalar arasında əlaqələrin inkişafına zəmin yaradır”.

Bu sözləri Manevr.az-a açıqlamasında oktyabrın 24-də keçirilən Milli Məclisdə keçirilən "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai dinləməsinə münasibət bildirərkən deputat Müşfiq Məmmədli deyib.

M. Məmmədli bildirib ki, ali qanunverici orqanın fəaliyyətinin yeni siyasi konfiqurasiyanın tələblərinə uyğun qurulması ənənə halını alıb. Deputat vurğulayıb ki, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai-siyasi rəyin nəzərə alınması demokratik cəmiyyətin, eləcə də siyasi plüralizmin mövcudluğunun əsas göstəricisi kimi qiymətləndirilməlidir.

O həmçinin, qeyd edib ki, yeni qanun layihəsinin hazırlanması müstəqillik tariximizdə ilk dəfə qalib siyasi sistem formalaşdırmaq və müharibə dövründə olduğu kimi, sülh dövründə də milli birliyi qorumaq zərurətindən irəli gəlir: "Yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi sistemi və partiyalar institutu öz inkişafının tarixi bir mərhələsinə yekin vurur. Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar