Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əli İnsanov Milli Məclisdə çıxış etdi

Tarix: 24-10-2022 21:04     Baxış: 3256 A- / A+
Əli İnsanov Milli Məclisdə çıxış etdi"Azərbaycanda bu gün 60-a yaxın siyasi partiya fəaliyyət göstərir. 60 siyasi partiya 60 siyasi platforma deməkdir".

Bunu Milli Məclisdə bu gün keçirilən "Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov deyib.

O bildirib ki, Azərbaycanda artıq siyasətlə məşğul insanlar 60 yerə parçalanıb: "Cəmiyyətimizdə radikallıq meylləri, siyasi mədəniyyətdə, etikada ciddi qüsurlar var. Daha ciddi problem olaraq isə dini fanatizmə meylli insanlar var. Deyilənlərin siyasi partiyalara sızmasının qarşısı ciddi şəkildə alınmalıdır. Belə təhlükələrin siyasi partiyalara sızmasının qarşısının alınması layihədə də əksini tapmalıdır. Demokratik Fransanın ermənipərəst prezidenti Makron, yaxud Avropa Parlamentinin illərdir erməniləri dəstəkləyən deputatının fikirlərini, demokratiyanın beşiyi sayılan ABŞ Konsqresində erməni lobbisindən güc alan senatorların səs verdiyi layihələri, qanunları biz əsasmı götürməliyik?! Bu sənədlər Azərbaycan həqiqətlərinə uyğunlaşdırılmalıdr. Azərbaycanda demokratiyanın inkişafına təkan verəcək mükəmməl qanun qəbul edəcəyimizə şübhə etmirəm. Mən çox istərdim ki, bütün siyasətçilərimiz öz rollarını elə oynasınlar ki, bu, Azərbaycanın xeyrinə olsun". apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar