Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

İrandan məkrli plan: Təbrizdə Ermənistan konsulluğu...

Tarix: 22-10-2022 07:56     Baxış: 3287 A- / A+
Ermənistanın Qafan şəhərində İran İslam Respublikası baş konsulluğunun rəsmi açılış mərasimi olub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu, İranın Ermənistandakı ilk baş konsulluğudur.

Baş konsulluğun açılışında İran və Ermənistanın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ararat Mirzoyan iştirak ediblər.

Azatutyunun yazdığına görə Abdullahian deyib ki, İran Ermənistan Respublikasının və regionun təhlükəsizliyinə öz təhlükəsizliyi kimi baxır:

“Bizim siyasətimiz ərazi bütövlüyünə, habelə beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərə ehtiramdan ibarətdır”.

İran xarici işlər naziri daha sonra Qafanın yerləşdiyi Syunik vilayəti barədə deyib:

“Syunik vilayəti Şimal-Cənub dəhlizinin ən mühüm sahələrindən biridir. Biz Ermənistanı Şimal-Cənub magistralında yerləşən ən mühüm ölkələrdən biri hesab edirik və bu tranzit yolun, habelə bu yolla yük və sərnişin daşımalarının inkişaf etdirilməsi üçün bütün səylərimizi əsirgəməyəcəyik”.

Abdullahian habelə xatırladıb ki, İran Təbriz şəhərində Ermənistan Respublikası baş konsulluğunun açılmasına hazırdır.

Bundan əvvəl Yerevanın belə bir niyyətdə olduğunu Ararat Mirzoyan təsdiqləmişdi.

Azatutyun yazır ki, İran Qafanda baş konsulluq açmaq qərarını hələ ötən dekabrda qəbul etmişdi. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar