Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Binəli Yıldırım və Şamil Ayrımın son durumu AÇIQLANIB

Tarix: 21-10-2022 09:17     Baxış: 3228 A- / A+
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Ömər Çelik Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayaraq xəsarət alan AKP sədrinin müavini Binəli Yıldırım və hakim partiyanın İstanbuldan olan millət vəkili Şamil Ayrımın səhhəti ilə bağlı son məlumatı açıqlayıb.
Manevr.az xəbər verir ki, "Hörmətli Yıldırım və deputatımızın səhhəti yaxşıdır. Həkimlər bildirib ki, həyatları üçün təhlükə yoxdur. Ehtiyat tədbiri olaraq bir müddət Azərbaycanda qalacağıq. Türkiyədən təcili yardım təyyarəsi yola düşüb. Bir neçə saat sonra burada olacaq", - Ömər Çelik deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil dünən Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.
Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar. AKP sədrinin müavinləri - Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar