Xəbər lenti
Rusiya televiziyasında Azərbaycana qarşı növbəti təxribat - Şəkillər
Rusiyanın “Pervıy kanal”ında Azərbaycana qarşı növbəti təxribat törədilib.
Budəfəki təxribat kanalın “Bolşaya İqra” adlı tok-şousunun 20 oktyabr tarixli axşam buraxılışında baş verib. Avropa İttifaqının Ermənistana missiya göndərməsinə həsr olunan müzakirələr zamanı tok-şounun qonaqları olan ekspertlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış və bəyanatlar səsləndirilib.
Verilişdə qonaq ekspert qismində Rusiyanın “ən böyük ermənipərəst ekspertlər”i Nataliya Naroçnitskaya və Anrdranik Miqranyan çıxış ediblər.
Miqranyan Rusiyanın dövlət kanalında Rusiya Federasiyasının Qarabağla bağlı mövqeyinin əleyhinə danışıb. Bildirib ki, güya Rusiya üçün Qarabağın “status” məsələsi heç vaxt gündəmdən düşməyib.
Bununla belə, heç kəs Mirqanyana Rusiya Prezidenti Vladimir Putinin 10 noyabr üçtərəfli sazişin imzalanmasından dərhal sonra verdiyi müsahibədə “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, və hər zaman belə olub” bəyanatını xatırlatmayıb. Miqranyan güya Qarabağ nizamlanması ilə bağlı Moskvanın planının sonrakı mərhələsində “status” məsələsinin yer aldığını iddia edib.
Beləliklə, 17 dəqiqə ərzində “Böyük oyun”un aparıcısı Vyaçeslav Nikonov və onun ermənipərəst qonaqları Azərbaycanın Qarabağla bağlı yurisdiksiyasının bərpasının Rusiyanın maraqlarına uyğun olmadığını iddia ediblər. Bundan başqa veriliş boyu monitorda qondarma “Dağlıq Qarabağ Respublikası”nın xəritəsi nümayiş olunub.
Verilişin sonunda maraqlı hadisə baş verib. Belə ki, Rusiyanın tanınmış ermənipərəst ruporlarından olan, “tarixçi” Natalya Naroçnitskaya aparıcı Nikonovun sözünə müdaxilə edərək “Qarabağ əzəli erməni torpağıdır” deyə qışqırıb. Bu zaman kameralar Naroçnitskayanı göstərməyib. apa

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar