Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Binəli Yıldırım: "2023-cü il türklərin ili olacaq"

Tarix: 20-10-2022 21:03     Baxış: 3302 A- / A+
Binəli Yıldırım: "2023-cü il türklərin ili olacaq""2023-cü il türklərin ili olacaq".

Bunu Cəbrayılda jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım deyib.

O vurğulayıb ki, ötən iki ilə qədər xarabaya dönmüş, 27 ildir tərk edilmiş, yerlə-yeksan olmuş bu torpaqlarda beynəlxalq hava limanı açılıb:

"Daha sonra bölgəyə həyat, can gətirəcək ağıllı kənd təsərrüfatı açılıb. Bu torpaqların yenidən canlandırılması üçün təbiətə ceyranlar buraxılıb, ağaclar əkilib. Belə mötəbər gündə də dost və qardaş ölkələrin prezidentləri bir araya gəliblər. İşğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrin, 1 milyon qaçqının öz ata yurduna geri dönməsi üçün nələr ediləcəyinin müzakirəsi aparılır. Gələn il türklərin ili olacaq. Çünki Türkiyə Cümhuriyyətinin və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Fikrimcə, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənəcək. Qardaşlarımızın sevincinə hər zaman ortaq olacağıq. Bir millət, iki dövlət şüarının da həqiqətə çevrildiyini günbəgün görməkdəyik", - B.Yıldırım vurğulayıb. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar