Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Fransa da Minsk qrupunun aqibətini yaşayacaq” – Aqil Məmmədov

Tarix: 20-10-2022 18:04     Baxış: 3252 A- / A+

“Fransa da Minsk qrupunun aqibətini yaşayacaq” – Aqil Məmmədov

“44 günlük müharibədən sonra ATƏT-in Minsk qrupu fəaliyyətini de-fakto dayandırdı. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll etdi. Müharibədən sonra Minsk qrupu həmsədrlərinin yenidən vasitəçilik cəhdlərinə isə Azərbaycan Prezidenti İlham Əliyev elə həmin qrupla görüşdə öz qiymətini verdi. Bu baxımdan, Ermənistanın və onun havadarlarının yenidən Minsk qrupunu dirçəltmək cəhdləri əbəsdir və heç bir nəticə verməyəcək”.
Manevr.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin bu günlərdə Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasında çıxışına münasibət bildirərkən söyləyib.
Millət vəkili bildirib ki, işğalçı Ermənistan sərhəddə hər gün təxribatlar törədərək Azərbaycan ordusunu dünyaya təcavüzkar rolda təqdim etmək istəyir: “Təssüf ki, hər zaman olduğu kimi bu gün də bəzi Qərb dairələri Ermənistanın işğalçı mahiyyətini pisləmək əvəzinə, Azərbaycanı nələrdəsə ittiham edirlər. “Bu məsələdə xüsusilə Fransanın, Fransa Prezidentinin son davranışları bundan xəbər verir:”Prezident Makron açıq-aydın ermənipərəst mövqe sərgiləməklə, Azərbaycana qarşı qərəzli mövqe tutub. Cənab Prezidentin də qeyd etdiyi kimi Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük. Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik”.
A.Məmmədovun sözlərinə görə, xüsusilə Fransa prezidentinin son müsahibəsindəki fikirləri qəbuledilməzdir: “Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, bütün uğurlu əməkdaşlıq təcrübəmizin üstündən xətt çəkdi. Bu baxımdan, demək  olar ki, Fransanın vasitəçilik missiyasında heçnə  etməmək...Bu baxımından, Fransanın bundan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesindəki iştirakı ATƏT-in Minsk qrupunun aqibətini yaşayacaq. Azərbaycan Fransanın bu prosesdə bundan sonra iştirakına etimad göstərmir”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar