Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılar İrəvanı ələ keçirəcək? - Erməni polisi

Tarix: 20-10-2022 07:45     Baxış: 3223 A- / A+


Ermənistana 150 min dollarlıq investisiya yatıran şəxsin vətəndaşlıq ala biləcəyi ilə bağlı qanun layihəsi ətrafında müzakirələr davam edir.

Ermənistan Hesablama Palatasının sədri Nairi Sərkisyan bu qərardan istifadə edərək, azərbaycanlıların kütləvi surətdə vətəndaşlıq alacağı və Ermənistanda hakimiyyətə gələcəyindən “narahatlığını” bildirmişdi.

Bu mövzuda danışan Ermənistan Polisinin rəis müavini Ara Fidanyan deyib ki, vətəndaşlıq üçün yalnız 150 min dollarlıq investisiya deyil, başqa standartlar da tətbiq ediləcək:

“Bu, hələ ki, qanun layihəsidir. Daha ətraflı təfərrüat hökumətin qərarından sonra olacaq. Müəyyən etdiyimiz bütün mümkün riskləri aradan qaldırmağa çalışacağıq”.
Jurnalistlərin “azərbaycanlılar və türklər qanunun qəbul olunacağı halda 150 min dollar investisiya yatıraraq, Ermənistan vətəndaşı ola bilərlər” istiqamətində sualına isə Fidanyan bu cür cavab verib:

“Birincisi, vətəndaşlığın verilməsi müəyyən şəxslər dairəsi ilə məhdudlaşacaq. Biz qanuna milli kimliklə bağlı məsələ sala bilmərik, ancaq bütün risklər mütləq öyrəniləcək.

O ki qaldı “Azərbaycan vətəndaşı”, bu, nisbi anlayışdır. Bu məntiqlə Rusiya vətəndaşı da milliyyətcə azərbaycanlı ola bilər. Ona görə də biz təkcə vətəndaşlıq amilinə diqqət yetirmək fikrində deyilik”.

Xatırladaq ki, ermənilərin bu qanun layihəsindən niyə bu qədər panikaya düşdüyü anlaşılmazdır. Azərbaycanlıların kütləvi surətdə Ermənistanın olmayan iqtisadiyyatına “investisiya” yatıracağı və yaxud bu dalan kvazidövlətin vətəndaşlığını almaq istəyinin şiddətli olduğunu bu xalqa kim deyib?

Amma bütün hallarda bu, azərbaycanlılara qarşı fobiya və yaxud nifrətdən doğmur; bu, ermənilərin genetik yaddaşıdır. Ermənilər hər zaman bizə ona görə nifrət ediblər ki, bizim torpaqlarımızda oturduqlarını bilirlər.

Yerin Sahibi Olanların bir gün mütləq geri qayıdacaqlarının da labüd olduğunu anlayıblar və buna görə canlarında əbədi qorxu var. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar