“İran İslam Respublikasının Silahlı Qüvvələrinin şimal-qərb bölgəsində (bu yaxınlarda Ermənistanla olan sərhəddə başlayan) manevr və təlimləri, İran İslam Respublikası Silahlı Qüvvələrinin illik fəaliyyət təqviminə və dövri təlimlərə uyğun həyata keçirilir”.
Manevr.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda bildirilir.
Bəyanatda qeyd olunub ki, Azərbaycana olan dostluq və qardaşlıq münasibəti nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.
“Bu notadan əlavə, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeri Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülüb ki, hazırda davam etdirilən bu təlimlərdə yerinə yetirilir. İki dost və qardaş ölkə olan İran və Azərbaycan münasibətləri daima düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”, - deyə bəyanatda bildirilib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar