Şimali Osetiyanın Vəkillər Palatası yenidən azərbaycanlı Elman Paşayevin vəkillik statusunu ləğv edib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Kavkazskiy uzel” nəşri yayıb.Bildirilir ki, Şimali Osetiyanın Vəkillər Palatası 2020-ci ilin sentyabrın 10-da aktyor Mixail Yefremovu müdafiə edən Elman Paşayevin peşə etikası qaydalarını pozduğunu bildirib. Paşayev bu zaman pozuntuya yol verdiyini etiraf edib. Sentyabrın 18-i palata Paşayevin vəkillik statusunu ləğv edib. O, cari ilin sentyabr ayında Şimali Osetiyada vəkil statusunu bərpa edib.
Qeyd edək ki, azərbaycanlı vəkil Elman Paşayev 2020-ci ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən Mixail Yefremovun vəkili olub. Məhkəmə hökmü ilə Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.
14 sentyabrda sənətçinin vəkil Elman Paşayevlə iş birliyinin sonlandırıldığı bildirilib. Sənətçi 8 il həbs cəzası aldıqdan sonra müdafiəçi ilə işinə davam etmək istəmədiyini deyib.
Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi E. Paşayevin vəkillik statusuna xitam verilməsinə dair təklif irəli sürmüşdü. Rusiya Federal Vəkillər Palatasının stats-katibi Konstantin Dobrınin bildirmişdi ki, Paşayevin işində Peşə Etikası Məcəlləsinin bir neçə maddəsinin pozulması aşkar edilib.
Bundan əlavə, o, Moskvada başqasının mənzilini qanunsuz özəlləşdirməkdə ittiham olunur. İddiaya görə, E.Paşayev 1997-ci ildə ruhi xəstəlikdən əziyyət çəkən Yelizaveta Kirsanovanın mənzilində saxta yolla qeydiyyatdan keçib, sonra isə onun mənzilini özəlləşdirərək qadını evsiz qoyub. Qadının ailəsi mənzili geri almaq üçün 20 ildən çoxdur Paşayevlə mübarizə aparır.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar