Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ağalar İdrisoğlu yeni vəzifəsinin icrasına başlayıb

Tarix: 18-10-2022 18:36     Baxış: 3537 A- / A+

                               Ağalar İdrisoğlu

 Təxminən beş yüz minə yaxın əhalisi olan Sumqayıtın ilk peşəkar dramaturqu, ilk teatr rejissoru, Moskvada  A.V. Lunaçarski adına Dövlət Teatr Akademiyasında rejissorluq təhsili almış, 140-dan çox tamaşaya quruluş vermiş, 15 pyesin, 7 romanın, 10 povestin, 150-dən çox hekayənin, novellanın, pritçanın, 1500-dən çox məqalənin, oçerkin, ressenziyanın, publisistik yazıların müəllifi, şəhərin ilk Əməkdar incəsənət xadimi, SSRİ dramaturqlarının laureatı, “Qızıl Dərviş”, Osman Mirzəyev adına respublika səviyyəli mükafatların sahibi, 1980-ci ildə rəhbərlik elədiyi Sumqayıt Gənclər Xalq Teatrı ilə Feyruz Məmmədovun “Bir  bayarq altında” teatrlaşdırılmış tamaşası ilə Mokvadakı çıxışları zamanı  SSRİ   Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalını  Sumqayıta  gətirən, on il Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının ilk və son bədii rəhbəri və direktoru işləmiş, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu  rejissoru,  Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Teatr Xadimlər İttifaqının yeddi il katibi olmuş, bu İttifaqın 44 ildir ki, üzvü olan, iyirmidən çox bədii, sənədli, publisist kitabların  müəllifi Ağalar İdrisoğlu 1998-ci ildən fəaliyyətə başlayan, respublika səviyyəli, ən aparıcı nəşrlərdən biri - “Azad Azərbaycan” qəzetinin və eyni adlı saytın rəhbəri təyin olunub.

Böyük ziyalı  1976-cı ildən taleyini Sumqayıtla bağlayıb. Bu şəhərdə ədəbiyyatın, incəsənətin və jurnalstikanın inkişafına böyük  əmək sərf eləyib. O, Sumqayıt və sumqayıtlılar haqda yüzlərlə məqalənin, oçerkin, publisistik yazının müəllifidir. Onun bu şəhər və onun insanlarıyla bağlı üç kitabı işıq üzü görüb. İnanırıq ki, Ağalar İdrisoğlu yeni iş fəaliyyətininin əsasını bir daha doğma Sumqayıta həsr edəcəkdir . Burada  yaşayan qurucu, zəhmətkeş insanlar, onların gördüyü böyük abadlıq işləri haqqında yazıları geniş oxucu kütləsinin ixtiyarına verəcəkdir. Çünki o, bu şəhərlə nəfəs alır.Əsl cəfakeş insan əbəs yerə qeyd etmir ki, “Sumqayıt minlərlə insan kimi mənim də tale şəhərimdir. Bu şəhərin və insanlarının həyatı haqqında yazdıqca çox sevinirəm, qürur  duyuram. Əminəm ki, Sumqayıt tezliklə dünyanın ən aparıcı, ən gözəl, ən baxımlı şəhərlərindən biri olacaq. Buraya çoxlu turist gələcək. O günlər heç də uzaqda deyil. Hazırda əksər insan Bakıda evlərini satıb, bu yaraşıqlı şəhərimizə sakin kimi köçür. Həmçinin xarici ölklərdən də axın edib,  burada məskunlaşmaq qərarına gələnlər də vardır. Əlbəttə, bununla yalnız fərəhlənmək  olar”. Biz də öz növbəmizdə  dəyərli ziyalı  Ağalar İdrisoğlunu yeni vəzifəyə təyinatı münasibətilə təbrik edir, ona yaradıcılıq fəaliyyətində daha böyük uğurlar arzulayırıq! Hörmətli Ağalar İdrisoğlu! Siz çox zəhmətkeş və məsuliyyətli şəxssiniz. Bütün uğurlarınızı  fitri istedadınız, dərin savadınız, səbriniz və böyük səyiniz nəticəsində əldə etmisiniz. Hər zaman məhsuldar çalışmısınız. Və bundan da hədsiz zövq almısınız, mənəvi rahatlıq tapmısınız. Dahilərimizin gözəl kəlamını yada salmaq istəyirəm:  “ Böyük səbri, inamı, iti ağlı, bacarığı, savadı, zəhmətilə  ucalanlar həmişə  o  zirvədə qala bilir və xalqın sevimlisi  olurlar”.  Bu məqsədlə  Siz  də yaradcılığınızdan  ilhamlanıb  yüksəlmisiniz, ürəklərə  yol  tapmağı  bacarmısınız!                  

İlhamə MƏHƏMMƏDQIZI,
Azərbaycan Yazıçılar
və Jurnalistlər Birliklərinin üzvü,

“Sumqayıt” qəzetinin əməkdaşı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar