Bu gün, 18 oktyabr – Azərbaycanın müstəqilliyini bərpa etməsindən 31 il keçir. Bildiyimiz kimi, müstəqilliyə aparan yol Azadlıq Meydanından keçdi. Hökumət Evinin qarşısı hadisələrin baş verdiyi əsas məkan idi.
Bu fotonu yəqin ki çoxunuz görmüsünüz. Özü də dəfələrlə.
Söhbət bayrağımızı Azərbaycan SSRİ-ə aid gerbin üstünə sancmaq üçün dırmaşan ağ kostyumlu gəncin fotosundan gedir. Bəlkə də bir foto ilə tarixə düşən bu gənc hər dəfə qarşınıza çıxıb və sizə onun kimliyi maraqlı gəlib. Bəs, kimdir bu gənc? Hadisə necə baş verib?
Bu fotonun qəhrəmanı və hadisə haqqında Birinci Qarabağ müharibəsinin veteranı, “Bozqurd” batalyonunun komandiri Nurəddin Xoca danışır:
“O gənc o vaxtkı Müdafiə Komitəsinin sədri Məmməd Əlizadənin qardaşı Tələt Əlizadədir. Məmməd Əlizadə universitetlərin birində nəşriyyatın direktoru idi. O da dünyasını dəyişib çoxdan. Tələt də bu komitənin üzvü idi. Qeyd edim ki, bayrağımız ilk dəfə 1989-cu ildə AXC-nin sədri Əbülfəz Elçibəyin əmri ilə Hökumət Evinin üstünə cəbhəçi Hüseyn tərəfindən asılıb. Gerbin üstünə isə bayrağı Tələt Əlizadə asmışdı".
Nurəddin bəyin dediyinə görə, Tələt Əlizadə 10 ilə yaxındır dünyasını dəyişib.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar