Manevr.az xəbər verir ki, Bəşir Qüdrət oğlu Hacıyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev oktyabrın 15-də müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, bu təyinata qədər Bəşir Hacıyev həmin Xüsusi Nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışırdı.
2021-ci ildə Ağdam rayonun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb, bu ilin əvvəlindən isə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub.