Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

15 oktyabr - Bizi Zəfərə aparan yolun başlanğıcı

Tarix: 14-10-2022 21:31     Baxış: 4264 A- / A+

15 oktyabr - Bizi Zəfərə aparan yolun başlanğıcı

15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi haqda danışarkən, ilk növbədə Ulu Öndərimiz Heydər Əliyevin o günlərdə xalqımıza etdiyi müraciəti xatırlamaq lazım gəlir. Ulu Öndər Azərbaycan xalqına müraciətində deyirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan xalqı həm Ulu Öndərin bu çağırışına, həm də, o vaxtadək İ.Əliyevin həm ARDNŞ-də, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyətinə, onun dövlət idarəetmə bacarığına yüksək qiymət, ona səs verdi. Bu həm də, Heydər Əliyev siyasi kursuna verilən səs idi.
Yeni seçilmiş prezidentin qarşısında dayanan ən başlıca məsələ ölkənin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalım altında olan torpaqların azad edilməsi idi. Ölkənin bütün sahələrdə inkişafı da, məhz bu amala xidmət ertməli idi. Bu, həm də, bir Ata vəsiyyəti idi ki, cənab Prezident bunu Zəfər günlərində etiraf edəcəkdi...   
Prezident İlham ƏliyevAzərbaycana rəhbərlik etdiyi 19 ildə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin dünyadakı mövqeləri möhkəmləndirildi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi. İ.Əliyevin liderliyi sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır.
Prezident İlham Əliyevin apardığı sosial siyasətin təməlində vətəndaş dayanır. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezidentin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır.
Qeyd etdiyimi kimi, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı torpaqlarımızın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Bu qələbə müstəqillik tariximizin, ümumiyyətlə isə son 200 illik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Bu gün Azərbaycan Prezidentinin növbəti hədəfi işğaldan azad edilmiş ərazilərimizin bərpası və yurd-yuvasından didərgin düşmüş yüzminlərlə həmvətənimizin öz dogma torpaqlarınıa qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir.

Aqil Məmmədov
Milli Məclisin deputatı


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar