Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan ordusunda döyüşən 3 bacı - Onlardan biri...

Tarix: 12-10-2022 08:10     Baxış: 4257 A- / A+
Xəbər verildiyi kimi, sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhəddində baş verən döyüşlərdə 6 erməni qadın hərbçi məhv edilib.

Manevr.az modern.az-a  istinadən xəbər verir ki, məhv edilənlərdən biri 47 yaşlı İrina Qasparyandır.

Erməni mətbuatı yazır ki, İrinadan başqa onun 2 bacısı da hazırda orduda xidmət edir – Ermine və Naira. Yaşca özündən kiçik olan bacılarını orduda xidmətə də elə İrina razı salıb.

Yerli mətbuat təəssüflə qeyd edir ki, İrinanın döyüşdüyü yüksəklik hazırda Azərbaycan Ordusunun əlindədir.

İrina Qasparyan 2018-ci ildə orduda müqaviləli xidmətə keçib. Çavuş rütbəsi daşıyan erməni qadın 2020-ci ildəki 44 günlük müharibə zamanı da Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak edib.

İrina Qasparyanın qumbaranın partlaması nəticəsində öldüyü bildirilir. Onun meyiti əvvəlcə Azərbaycan əsgərlərinin nəzarət etdiyi zonada qalıb. Sentyabrın 23-də Azərbaycan tərəfi İrinanın və daha 5 erməni hərbçinin meyitini Ermənistana təhvil verilib.

Məhkəmə-tibbi ekspertizasının rəyində bildirilib ki, cəsəddə işgəncə izləri olmayıb.

İrina ilə birgə eyni mövqedə 5 müqaviləli əsgər də döyüşüb, hamısı öldürülüb.

“İrinanın yerləşdiyi hündürlük "təhlükəsiz" sayılırdı. Bu, Vardenis bölgəsində ən yüksək mövqe idi. Azərbaycanlıların ora necə yol açması hamı üçün xoşagəlməz sürpriz oldu”, - deyə İrina Qasparyanın komandiri mətbuata bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar