Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Araik üç gündür İrəvandadır: Xankəndinə qayıtmayacaq?

Tarix: 11-10-2022 22:04     Baxış: 4299 A- / A+
Xankəndindəki separatçı-terrorçuların “başçısı” Araik Arutyunyan dəstəsi ilə birlikdə üç gündür İrəvandadır.

Separatçı dəstəsnin İrəvana getməsinin səbəbi Praqa görüşündən sonra gələcək talelərinin müzakirə edilməsidir.

Lakin Ermənistan mediası Araik və dəstəsinin nə Paşinyanla, nə də hökumətin hansısa qanadı ilə görüşünün hələ də keçirilmədiyini yazır.

Məlumatlara görə, Araik və dəstəsini Ermənistan parlamentinin spikeri Alen Simonyan qəbul etməlidir. Simonyan Rusiyada səfərdədir və qəbul yalnız səfərdən sonra baş tuta bilər.

“Araik Arutyunyan və “nümayəndə heyətini Paşinyan qəbul etməli idi, lakin baş nazir görüşdən imtina edib, əvəzində Simonyanla danışıqlar aparılmalıdır” – Ermənistan mediası yazır.

Qeyd edək ki, bir qrup erməninin Praqa görüşündən sonra Xankəndində başlatdığı etiraz davam edir. Onlar Araik və dəstəsinin İrəvandan qayıtmasını və suallarını cavablandırmasını gözləyirlər. Aksiyanın təşkilatçılarından olan Tiqran Petrosyan deyir ki, üç gündür İrəvanda olan Araik Arutyunyanın Xankəndinə qayıtmayacağından da şübhələnirlər.

Separatçı rejim isə erməni jurnalistlərin Arutyunyanın qayıdıb-qayıtmaması haqda sualına cavab vermir. Ermənistan hökuməti isə “görüşlər keçirilsə, məlumat veriləcək” - deyə qısa açıqlama verib. publika.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar