Xəbər lenti
İrəvanın meydanlarında Putinin şəkillərini kim asır? (ŞƏRH)
"Telegram" kanallarının məlumatına görə, Rusiya prezidenti Vladmir Putinin İrəvan şəhərində Kiyev körpüsü fonunda böyük portreti asılıb. Portretdə "Biz Rusiya ilə birgəyik” sözləri yazılıb. Maraqlıdır ki, Putinin ad günü ərəfəsində anoloji portret Xankəndinin girişində də asılmışdı. Qeyd edək ki, Putinin ad günündə Krım körpüsündə partlayış baş verib. Partlayışı törədənlərin hələlik kim olduğu bəlli olmasa da, versiyalara görə, körpünün dağıdılması Kiyevin Putinə ad günü hədiyyəsi olub. Belə bir vəziyyətdə, İrəvandakı Kiyev körpüsündə Putinin iri bir portreti asılması təsadüfi sayıla bilməz.
Bu addım nə deməkdir, hansı anlama gəlir?
Politoloq Natiq Miri həmin portret məsələsinin Paşinyan hakimiyyətinə heç bir aydiyyatının olmadığını deyir:

Həmsöhbətimizə görə, bu addım həm də Ermənistanda Rusiya ilə qərbyönümlü hökumət arasında yeni bir mübarizənin başlanğıcının göstəricisidir:
"Praqadakı son görüşdən sonra Paşinyan oradakı danışıqları ikitərəfli qaydada Putinlə müzakirə predmetinə çevirmədi. Bu faktın özü də göstərir ki, ortada ciddi inciklik var. Hələlik tərəflər susqunluqlarını saxlayırlar. Amma bu fırtına qabağı bir susqunluqdur”. qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























