Manevr.az-ın oxu.az-a istinadən məlumatına görə, dünya mediasında geniş yer alan bu tədbir sosial şəbəkələrdə də əsas müzakirə mövzularından birinə çevrilib.
Xatırladaq ki, oktyabrın 6-da keçirilən görüşdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini və bunun, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacağını təsdiqləyiblər. Sərhəd komissiyalarının növbəti iclası isə oktyabrın sonunda Brüsseldə keçiriləcək.
Bundan başqa Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin missiyasına köməklik göstərmək üçün razılıq verib. Rəsmi Bakı da öz növbəsində bu missiya ilə əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək.